To sign my guestbook, you need to signin first. | |
Saiqcihan17 Guestbook![]() İki şey dəyərsiz insanın xüsusiyyətidir: 1- Şikayət etmək 2- Dedi-qodu İki şey həlli mümükünsüz kimi görünən problemi həll edər: 1-Baxış tərzini dəyişmək 2-Qarşısındakın ın yerinə özünü qoymaq İki şey həyatda səhv addım atmağın qarşısını alar: 1-Şəxsləri və hadisələri ağlın süzgəcindən keçirmək 2-Kiminsə haqqını yeməkdən çəkinmək İki şey insanı gözdən salar: 1-Demaqoqluq 2-Özünü öymək İki şey insanı dəqiq olmağa sövq edər: 1-İradəyə hakim olmaq 2-Ətrafa uyğunlaşa bilmək xüsusiyyəti İki şey insanın daha da dəyərli olmasına kömək edər: 1-Natiqlik sənətini daha dərindən öyrənmək 2-Başa düşərək sürətli oxumaq İki şey insanın irəliləməsinə maneolar: 1-Qərarsızlıq 2-Cəsarətsizlik İki şey hər zaman boş yerə zəhmət çəkməməyinə kömək edər: 1-Qabiliyyət 2- Sevdiyin işin arxasınca getmək İki şey uğurun açarıdır: 1-Ustalardan ustalığı öyrənmək 2-Düşüncələrini saf-çürük etmək İki şey uğuru xoşbəxtliklə birgə əldə etməyinə zəmin yaradar: 1-Niyyətin saf olması 2-Mənəvi paklıq İki şey səni milyonlarla insandan ayırar: 1-Problemin deyil, onun həlli yollarının iştirakçısı olmaq 2-Həyata və hər şeyə fərqli baxış tərzi ilə baxmaq İki sey tərəqqiyə mane olar: 1-İfratçılıq 2-Baş verən fəlakətlər qarşısında sınmaq İki şey problemin həllini tezləşdirər: 1-Təbəssüm 2-Susmaq İki şeyin dəyəri itirildiyi zaman bilinər: 1-Ana 2-Ata İki şeyi geri qaytarmaq mümkün deyil: 1-İtirilən zaman 2-Deyilən söz İki şey həqiqi sondur: 1-Cənnət 2-Cəhənnəm İki şey üçün mübarizəyə dəyər: 1-Sevgi 2-Elm İki şey həyatta mühüm olan hər şey üçündür: 1-Nəfəs ala bilmək 2-Nəfəs verə bilmək | |